Səbətinizdə heç bir məhsul yoxdur.
Səlahiyyətli satış mərkəzi
Hörmətli müştərilər! Azadlıq 228 E ünvanında yerləşən ixtisaslaşmış firma mağazamızda Sizə “Caspian NavTel” şirkətinin brendi altında istehsal olunan protativ naviqatorlar, müxtəlif növdən olan avtomobillər üçün geniş çeşiddə monitorlar, habelə GPS dəstəkləyən mobil telefonlar təqdim edirik. Bütün bu avadanlıqlar məxsusi proqram təminatı və elektron naviqasiya xəritəsi ilə təchiz edilir. Bütün avadanlıqlara “Caspian NavTel” şirkəti tərəfindən 1(bir) il zəmanət verilir.
“Caspian NavTel” şirkəti təqdim etdiyi avadanlıqlara həm zəmanət zamanı, həm də zəmanətdən kənar şərtlərlə texniki servis xidmətləri təklif edir. Bu xidmət şirkətin Səlahiyyətli Servis Mərkəzləri (SSM) tərəfindən həyata keçirilir. Belə bir SSM ixtisaslaşmış firma mağazamızda da mövcuddur. Orada yüksək peşə hazırlığına malik olan mütəxəssislər sizin bütün suallarınızı cavablandırıb, avadanlıqda olan problemi qısa müddətdə həll etməyə çalışacaqlar.
Ünvan: Azadlıq pr. 228 E, Bakı ş., Azərbaycan
Telefon: (+994 12) 408 24 70


