Səbət

Səbətinizdə heç bir məhsul yoxdur.

Cəmiyyətin inkişafina töhfəmiz

Sosial yönümlü bir şirkət olaraq öz müştərilərimizə geniş çeşiddə xidmətlər təklif edirik. Öz inkişafımızla bərabər onlarında rifahının yüksəlməsinə və daima inkişafına çalışırıq. Niyyətimiz müştərilərlə iki tərəfli tandem qurmaqdır.


Hamı kimi biz də özümüzü Azərbaycan ictimaiyyətinin bir hissəsi hesab edirik. Cəmiyyət qarşısında dəyərli işlər görməklə onun stabilliyinə öz töhfəmizi verməyə çalışırıq. Bu məqsədlə bir neçə qlobal statuslu məsələlərə biz də qoşuluruq.


Birincı məsələ - " Yerlərdə turizmin inkişafı layihələrinə yardım" proqramı çərçivəsində naviqasiya sistemlərinin tətbiqi imkanlarının araşdırılmasıdır. Həm yerli əhalinin, həmdə xarici turistlərin bütün il boyu Azərbaycanın dilbər guşələrinə səyahət və istirahətini təmin etmək bizim təklif etdiyimiz naviqasiya sistemləri sayəsində daha asan olacaq. Belə ki, təklif etdiyimiz Azərbaycanın ətraflı elektron xəritəsi nəinki yolları, həmçinin gəzməli, görməli yerləri və yüzlərlə digər sosial obyektləri öz bazasında saxlayır. İstənilən zaman yerləşdiyiniz nöqtənin ətrafında olan bütün bu və digər obyektləri görə və onlara ən qısa marşrutla çata bilərsiniz.


İkinci məsələ sürətlə inkişaf etməkdə olan Azərbaycanın öz qarşısına qoyduğu "Nəqliyyat infrastrukturunun inkişafı proqramıdır". Biz öz tərəfimizidən elektron xəritəyə yolların vəziyyəti, onların cari və əsaslı təmir işləri və.s bu kimi informasiyaları vaxtlı-vaxtında əlavə edərək yeniləyəcəyik. Bu isə öz növbəsində tıxacların və yol qəzalarının azalmasına, vaxt itkilərinin qarşısının alınmasına kömək etmiş olacaq.


Önəm verdiyimiz üçüncü məsələ isə "Ünvan mədəniyyəti" anlayışıdır. Bu məsələ dünyanın inkişaf etmiş ölkələrində çoxdan öz həllini tapmışdır. Özü də birbaşa naviqasiya sistemlərini tətbiq etməklə.


Məsələyə bir qədər aydınlıq gətirək: adətən hansısa bir ünvanı dedikdə eşidənlər onu daha çox tanınmış obyektlə və ya yerlə eyniləşdirməyə çalışırlar. Çox vaxt "bu yer nəyin yanındadır?" - deyə sual edirlər. Belə yanaşma kökündən səhvdir. Çünki, ətrafında tanınmış heç bir obyekt olmayan ünvanları tapmaq kifayət qədər çətindir. Bu böyük vaxt itkisinə səbəb olur. Təklif etdiyimiz naviqasiya sistemləri bu problemin ən asan həll yoludur. İstifadəçi lazım olan ünvanı sadəcə naviqatora daxil edir, marşrutun başlanğıc və son nöqtələrini göstərir. Bu nöqtələr arasındakı yol və həmin yolun izlənilməsi, tıxaclar haqqında məlumatın alınması və.s isə naviqator tərəfindən həyata keçirilir. Təklif etdiyimiz sistemin başqa bir üstünlüyü isə onun daima yenilənməsidir. Bu da ünvanlarda olan dəyişikliklər barədə tez informasiya ala bilmək üstünlüyüdür. Daha axtardığınız ünvanı kimlərdənsə soruşmağa ehtiyac qalmayacaq.