Səbət

Səbətinizdə heç bir məhsul yoxdur.

Şirkət haqqında

"Caspian NavTel" şirkəti Azərbaycanda yerli elektron xəritələrin, məxsusi proqram təminatının tərtibi, onların müxtəlif avadanlıqlara tətbiqi, bu sistemlərə nəzarətin və xidmətin göstərilməsi ilə məşğul olan ən iri şirkətdir.


O, 2007-ci ildən etibarən fəaliyyət göstərir. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, "Caspian NavTel" şirkəti ölkənin əhatəli elektron xəritəsinin tərtib edilməsinə, peyk naviqasiyasından istifadənin hər bir vətəndaş üçün əlçatan olmasına nail olmuşdur.


"Caspian NavTel" respublikamızın əhatəli elektron xəritəsi əsasında GPS naviqasiya sistemini tətbiq edən ilk şirkətdir. Unikal məhsul olan Azərbaycanın əhatəli elektron xəritəsi burada çalışan peşəkarların birgə səyi nəticəsində yaradılmışdır. Bundan əlavə, həmin xəritənin istifadə oluna bilməsi üçün müvafiq proqram təminatı, nəqliyyata nəzarət proqram-avadanlıq kompleksi, fərqli mobil qurğular üçün proqram paketləri üzərində də geniş miqyaslı işlər aparılmışdır.


Nəticədə çox geniş istifadəçi qrupu üçün maraq kəsb edən bir informasiya sistemi yaradılmışdır. Burada şəhər, rayon, küçə adları, şəhərimizdə olan mehmanxanalar, banklar, restoran, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. maraq dairələri öz əksini tapmışdır. Hal-hazırda sistem intensiv genişlənir və əlavələr edilərək yenilənir.