Səbətinizdə heç bir məhsul yoxdur.
Antitıxac xidməti
“Caspian NavTel” şirkəti sizə Azərbaycanda analoqu olmayan aktiv yenilənən və daima dəstəklənən tıxaclar xidmətini təqdim edir. Bu xidmət naviqasiya proqramının yüklənmiş olduğu bütün növ naviqasiya proqramlarında yolda mövcud olan tıxaclar haqqında dəqiq məlumat almaq imkanı verir. Yəni bu xidmətdən istifadə etməklə siz getdiyiniz marşrut boyunca mövcud olan tıxaclar barədə əvvəlcədən məlumat alacaqsınız və tıxacdan yan keçərək sərbəst yollar vasitəsi ilə istənilən yerə asanlıqla gələ biləcəksiniz.
Hamımıza məlumdur ki, Bakı şəhərinin əhalisi gündən-günə artır. Onların böyük əksəriyyəti özünə minik avtomabili alır. Odur ki, yollarda avtomabil sayının çoxluğu uzun müddətli tıxacların əmələ gəlməsinə səbəb olur. Bu tıxacların yaranmasının bir neçə həm obye ktiv, həm də subyektiv səbəbləri var. Belə səbəblərədən yollarda aparılan təmir işlərinin, yolların müvəqqəti bağlanılmasını, sürücülərin sərişdəsizliyini, yol nəqliyyat hadisələrini və s. göstərə bilərik. Ümumilikdə bunu qeyd edə bilərik ki, tıxaclar sürücüləri yorur,vaxt itkisinə səbəb olur və əhval-ruhiyyədə gərginlik yaradır.
İndi bu problemin həlli yolu var! “Caspian NavTel” şirkətinin təqdim etdiyi “Tıxaclar xidməti” sizə bütün marşrut boyu əmələ gələn tıxaclar barədə tam məlumat almaq, onun əsasında marşrutunuza dəyişikliklər etmək və alternativ marşrut seçərək lazımi məntəqəyə tez çatmaq imkanını verir.Bu xidmət GPRS vasitəsi ilə məlumatı sizin avadanlığınıza göndərir. Məlumatın həcmi kiçik olduğundan trafik yüklənmir. Tıxaclar xidməti yolun orta sürəti, ərazinin böyüklüyü və s. bu kimi məlumatlarıda sizə təqdim edir. Bu xidmətdən istifadə etmək üçün onun abunəçisi ola bilərsiniz. Xidmətə abunə olduqdan sonra sistem avtomatik qayda da naviqatorunuza müəyyən olunmuş intervalda yolun vəziyyəti haqqında məlumat göndərəcək. Beləliklədə siz hər zaman tıxaclardan xəbərdar olacaqsınız. Daha ətraflı məlumat ala bilməniz üçün qaynar xəttimiz vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyyə edirik.