Səbətinizdə heç bir məhsul yoxdur.
Mobil telefonlar üçün
İndi Naviqasiya xidməti ilə mobil telefonunuz sizin fərdi bələdçiniz olacaq. Sadəcə proqram təminatını telefona yükləyirsiniz və olduğunuz yer elektron xəritə üzərində göstərilir. Həmçinin ətrafdakı bütün məntəqələr də (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.) xəritədə əks olunur.
Gedəcəyiniz yeri proqramda göstərməklə həmin nöqtəyə qədər ən əlverişli yolu asanlıqla seçə biləcəksiniz.
Bundan başqa, Siz ətraf yollar barədə tam məlumata malik olacaqsınız. Tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar barədə məlumat birbaşa mobil telefonun ekranında göstərilir və bütün məlumatlar vaxtaşırı yenilənir.
Proqramı əldə etmək üçün 9886 nömrəsinə boş SMS göndərin. Proqramı bizim saytımızdan da yükləyə bilərsiniz.
9886 nömrəsinə göndərilən SMS-in qiyməti:
• Azercell Fakturalı Xətt və SimSim abonentləri üçün 0,05 AZN (ƏDV xaric)
Proqram aktivləşdirilməsinin qiyməti:
• Azercell Fakturalı Xətt və SimSim abonentləri üçün 3 AZN (ƏDV xaric)
Bu unikal xidmət Azercell şirkəti ilə birgə təqdim edilir.
Əlavə məlumat üçün mobil telefondan 6986 qısa nömrəsinə zəng edin.
6986-ya zəng tarif paketinizin şəbəkədaxili zəng qiymətinə uyğun hesablanacaq.
Qeydlər:
• Xidmətdən istifadə müddəti 30 gündür.
• Xidmət Symbian və Windows Mobile sistemlərini dəstəkləyən mobil telefonlar üçün nəzərdə tutulub.