Səbət

Səbətinizdə heç bir məhsul yoxdur.

Caspian NavTel şirkəti Azercell şirkətilə yeni birgə layihəyə start verdi

Artıq naviqasiya xidmətləri Azercell şirkətilə birgə təqdim olunacaq. Bu məqsədlə Caspian NavTel və Azercell şirkətləri naviqasiya sistemlərinin bazarda yayılması üzrə yeni birgə layihələr hazırlayıblar. Həmin planlar yaxın gələcəkdə həyata keçiriləcək.

Layihə çərçivəsində telefonlar, portativ naviqatorlar, kommunikatorlar və s. kimi mobil cihazlar üçün naviqasiya hazırlanıb. Bütün bu cihazlara naviqasiya proqramını Siz özünüz yükləyə bilərsiniz. Həmçinin, xidmətin müddətini öz istəyinizlə seçə bilərsiniz.

Naviqasiya proqramı, demək olar ki, hər bir mobil cihaz növünə uyğundur. Həmçinin, Symbian və Windows Mobile platformaları ilə işləyən telefonlara və yaxud Windows CE platforması ilə işləyən cihazlara yüklənə bilər.